Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə cüdo texnikaları üzrə imtahan keçiriləcək.
Apasport.az xəbər verir ki, imtahanda U-14 Liqa yarışının I turu üçün qeydiyyatdan keçmiş yeniyetmə cüdoçular iştirak edə bilərlər.
Təsdiqlənmiş qrafikə əsasən, fevralın 19-20-də Bakı və Abşeron–Xızı regionları, 21-22-də isə yalnız digər region klubları sınaqdan keçəcəklər.
İmtahanda iştirak könüllüdür. Qaydalara əsasən, imtahan xalının hesablanması üçün idmançı yarışda və ya rəsmi çəkidə mütləq iştirak etməlidir. Rəsmi çəki limitini 5%-dən çox aşaraq kəsilən idmançının imtahan xalı nəzərə alınmayacaq.
Ümumi bal hesablanarkən yarış nəticəsinə görə verilən xalların 70%-i, imtahanda toplanan xalların isə 30%-i əsas götürüləcək.
Qeyd edək ki, imtahan fevralın 19-dan 22-dək Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq.
- Millimiz Belarusla qarşılaşacaq
- Ayaz Quliyev: “Azərbaycan yığmasında oynamaq üçün müzakirə edəcəyimiz məqamlar var”
- "Qəbələ" - "Kəpəz" matçının başlama saatı bəlli oldu
- Adı "Neftçi"ylə də hallanan Avcıdan iddialara cavab: “Hamısı yalandır”
- Azərbaycan millisinə PROQNOZ: “AFFA-nın səbrinə həsəd aparmaq olar”