
Azərbaycan Cüdo Federasiyasının (ACF) Şəkidə şimal-qərb regionunun cüdo məşqçiləri üçün təşkil etdiyi peşəkar inkişaf proqramının üçüncü günü arxada qalıb.
Apasport.az xəbər verir ki, ACF-in Təhsil şöbəsinin müdiri Orxan Oruczadə iştirakçılara klubların lisenziyalaşdırılması və məşqçilərin sertifikatlaşdırılması prosesi barədə ətraflı məlumat verib.
Daha sonra "Cüdo dəyərləri və mədəniyyətinin təbliği" mövzusunda seminar keçirilib. Tədbirdə cüdonun əsas dəyərləri — hörmət, təvazökarlıq, cəsarət və özünüidarə prinsiplərinin gənclərə aşılanması, bu idman növünün mədəni irs və sosial tərbiyə vasitəsi kimi rolu müzakirə olunub. Sessiya ümumilikdə cüdonun sağlam həyat tərzi, etik davranış və vətəndaşlıq məsuliyyətinin təşviqindəki əhəmiyyətini vurğulayıb.
Günün praktiki hissəsi isə “te-waza” — əl texnikalarına həsr olunub.
- Xorvatiya gözəli yenə açıq-saçıq geyimlə stadiona gəldi - FOTOLENT
- “Qarabağ” yeni transferini “Sürix” üçün sifariş etdi
- AFFA Ermənistan - Xorvatiya oyunundakı təxribatla bağlı bəyanat yaydı
- Ançelotti "Real"da baş məşqçi kimi 150-ci qələbəsini qazanıb
- Bakıda keçiriləcək Olimpiya Təsnifat turnirinə 33 ölkə güləşçiləri qatılacaq