Cüdo yığmamız Macarıstanda hazırlıq keçib
11.04.2024 - 19:34
![Cüdo yığmamız Macarıstanda hazırlıq keçib](https://ww3.apasport.az/storage/news/2024/april/11/big/6617fec2043d96617fec2043da17128485786617fec2043d76617fec2043d8.jpg)
Azərbaycanın böyüklərdən ibarət cüdo yığması beynəlxalq təlim-məşq toplanışında iştirak edib.
Apasport.az xəbr verir ki, hazırlıq aprelin 8-11-də Macarıstanın Tata şəhərində təşkil olunub.
Toplanışın əsas məqsədi Paris 2024 Yay Olimpiya Oyunlarına və qarşıdan gələn digər beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, təlim-məşqdə millinin əsas cüdoçuları iştirak ediblər.
0
0