Cüdoçumuz bürünc medal uğrunda görüşə vəsiqə qazanıb
23.04.2025 - 16:17
Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, o, təsəlliverici görüşdə milli komandanın digər üzvü Turan Bayramovu məğlub edib.
Qeyd edək ki, bu gün tatamiyə çıxan Ruslan Paşayev (66 kq), Könül Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) əvvəlki raundlarda uduzaraq medal şanslarını itiriblər.
- Kaxaber Sxadadze: "Hər oyunda öz qapımıza penaltiyə səbəb oluruq"
- Avropa Liqası: “Braqa”dan qələbə, Yunanıstanda bərabərlik - YENİLƏNİB
- Kənan Kərimov: "Qarabağ"ın səviyyəli legionerlərə ehtiyacı var" - MÜSAHİBƏ
- Ölkə çempionatında komanda yarışının qalibləri bəlli olub
- Krakov-2023: Tağızadədən 9-cu yer
0
0