Daha 2 cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayacaq
24.04.2025 - 09:33

Azərbaycanın daha iki cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.
Apasport.az xəbər verir ki, bu gün Rəşid Məmmədəliyev (73 kq) və Fidan Əlizadə (57 kq) tatamiyə çıxacaqlar.
Ötən gün beş idmançı qüvvəsini sınayıb və yalnız Əhməd Yusifov (60 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
- Adrian Skarlatake "Zirə"nin şanslarını yüksək qiymətləndirir - Açıqlama
- İlham Əliyev və Mehriban Əliyeva Bakıdakı "Formula 1"ə baxıb
- Murad Musayevin gedişi ilə bağlı: "Sanki Aleks Ferqyuson "Mançester Yunayted"dən gedib"
- Əvəzedicilər Liqası: X tura yekun vurulub
- Almeydaya yeni müqavilə təklifi olacaq?
0
0