![Rüstəm Orucov Portuqaliyada masterklass keçəcək](https://ww3.apasport.az/storage/news/2024/august/20/big/66c472d28047966c472d28047a172415048266c472d28047766c472d280478.jpg)
Azərbaycan millisinin sabiq cüdoçusu, Avropa çempionu, Olimpiya oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov Portuqaliyada masterklass keçəcək.
Apasport.az xəbər verir ki, azərbaycanlı mütəxəssis avqustun 29-31-də keçiriləcək təlim-məşq toplanışında iştirak etmək üçün seminara dəvət olunub.
Bu, Portuqaliya tərəfinin dəvəti ilə gerçəkləşib. Orucov gənc cüdoçulara ustalığın əsaslarını nümayiş etdirəcək və bu müddət ərzində üç fərqli idman kompleksində məşq keçəcək. Orucov idmançı karyerası ərzində onun vizit vərəqi olan imza texnikasını nümayiş etdirəcək.
Qeyd edək ki, Orucov Avropa Cüdo İttifaqının idman komissarıdır.
- Xabi Alonso: "Qarabağ" "Braqa"ya qarşı təhlükəli çıxış etdi və uğur qazandı"
- Azərbaycan yığmasının üzvü: “Məğlubiyyətimizin əsas səbəbi təcrübəsizlik oldu”
- “Ordu” yoxlama matçı keçirəcək
- Azərbaycanın gimnastika hakimləri qitələrarası kurslarda yüksək nəticə göstəriblər
- Tevez Argentinanın çempionluq şansını dəyərləndirdi