![19 yaşlı idmançı faciəvi şəkildə həlak olub](https://ww3.apasport.az/storage/news/2024/october/29/big/6720c89ccd99e6720c89ccd99f17302017566720c89ccd99c6720c89ccd99d.webp)
İtaliyadan olan 19 yaşlı xizəkçi Matilda Lorensi məşqdə yıxıldıqdan sonra aldığı xəsarətlər nəticəsində oktyabrın 29-da dünyasını dəyişib.
Apasport.az xəbər verir ki, Beynəlxalq Xizək Federasiyasının (FIS) məlumatına görə, faciəvi insident bazar ertəsi, oktyabrın 28-də Val Senales xizək kurortunda məşq zamanı baş verib.
“O, qəzadan dərhal sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Bütün gecə həkimlər idmançının həyatı üçün mübarizə apardılar, lakin bu səhər Lorensi vəfat etdi”, – məlumatda deyilir.
Lorensi dünyanın ən istedadlı gənc xizəkçilərindən biri hesab olunurdu. Ötən mövsüm o, İtaliya kubokunun qalibi olub.