Axundova və Əliyevadan uğursuz start
28.11.2024 - 14:22
Azərbaycan fiqurlu konkisürənləri Türkiyədə keçirilən Bosfor kubokunda mübarizəyə başlayıblar.
Apasport.az xəbər verir ki, gənc qızların fərdi yarışında çıxış edən iki təmsilçimiz qısa proqramda bacarıqlarını göstəriblər.
Leyli Axundova və Səbinə Əliyevanın yarışdakı startı uğurlu alınmayıb. 35,49 xal toplayan Leyli 31-ci yeri tutub. Səbinə isə 33,24 xalla 34-cü olub. İdmançılarımız bu gün keçiriləcək sərbəst proqramda qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, yarışa sifariş olunan 52 iştirakçıdan 49-u buz üzərinə çıxıb.
- Autsayderlərin görüşünü "Qəbələ" qazandı, "Zirə" uduzdu - YENİLƏNİB
- Sənan Qurbanov: “Regekampf dedi, rəhbərlik də elə fikirləşir” - MÜSAHİBƏ
- Rəşad Sadıqov: "Hər şey ikinci oyunda həll olacaq"
- En-Nesiri və Ceko fərqləndi, “Fənərbaxça” qələbə qazandı
- Aspilikueta Yaponiyaya qəsdən uduzmaları barədə iddialara cavab verdi
0
0