Futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində “Araz-Naxçıvan”ın yer aldığı qrupunun oyunlarını idarə edəcək hakimlər açıqlanıb.
Apasport.az xəbər verir ki, UEFA 4 referiyə təyinat göndərib.
Orest Dutsyak (Ukrayna), Qonçalo Felipe Santos Duarte (Portuqaliya), Vladimir Sebek (Monteneqro) və Aleksandar Vangelov (Bolqarıstan) iş başında olacaq. Hakim-inspektor funksiyasını isə Talal Daravşi yerinə yetirəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alacaq. Avqustun 27-də Şimali İrlandiyanın “Sparta Belfast”, ertəsi gün Şotlandiyanın “PYF Saltires”, avqustun 30-da isə Avstriyanın “Ljuti Krajişniçi” komandaları rəqib olacaq. Bu qrupun oyunları Avstriyada keçiriləcək. Yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.
- Rəşad Sadıqov: “Böyük baza inşa etmək istəyirik”
- “Neftçi”nin futbolçusu: “Sevinirəm ki…”
- "Qarabağ"la matçda dubl edən futbolçu Türkiyə klubuna keçə bilər
- "Neftçi"nin yeni məşqçisi haqqında: "Birbaşa hücum futbolu oynadan məşqçidir" - Müsahibə
- Adil Nağıyev: "Qarabağ"dan nəinki Premyer Liqa klubları…” - MÜSAHİBƏ