Maks Hollouey UFC 329 turnirinin əsas döyüşündə Konor Makqreqora qalib gəlib.
Apasport.az xəbər verir ki, Las-Veqasda keçirilən qarşılaşma birinci raundun 69-cu saniyəsində başa çatıb.
Beş ildən sonra oktaqona qayıdan Makqreqor döyüşün əvvəlində zərbə endirməyə çalışarkən sağ dizindən zədələnib. İrlandiyalı idmançı qarşılaşmanı davam etdirə bilməyib və hakim Holloueyin texniki nokautla qələbəsini rəsmiləşdirib.
Qeyd edək ki, tərəflər ilk dəfə 2013-cü ildə qarşılaşıblar. Həmin döyüşdə Makqreqor hakimlərin yekdil qərarı ilə qalib gəlmişdi. Bu, irlandiyalının 2021-ci ildən sonra UFC-də ilk çıxışı olub.
- Millimizin üzvü: "Yığmada ilk qolumu vurduğuma görə xoşbəxtəm"
- Prezident: “Əminəm ki, bundan sonra Minifutbol Federasiyamız da dövlət tərəfindən eyni qayğı ilə əhatə olunacaq”
- Elmar Baxşıyev: “Layiqli qələbə qazandıq” - MÜSAHİBƏ
- 42 yaşlı futbolçu karyerasını sonlandırdı
- Ten Haq: “Ronaldoya xəbərdarlıq etmişdim”