Milli atıcımızdan Avropa çempionatında bürünc medal
11.02.2025 - 23:52
Estoniyanın paytaxtı Tallində 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma üzrə Avropa çempionatı start götürüb.
Apasport.az xəbər verir ki, Leyli Əliyeva 18 yaşadək qızlar arasında solo yarışda fəxri kürsüdə yer alıb.
Azərbaycanlı atıcı bürünc medal qazanıb.
Leyla 3-cü yer uğrunda görüşdə gərgin mübarizədən sonra Bolqarıstan təmsilçisi Mariya Atanasovaya 12:11 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Avropa çempionatında fevralın 15-də yekun vurulacaq.
- Ayxan Abbasov: “Neftçi”yə qarşı oyun yarımfinal qədər önəmlidir” - MÜSAHİBƏ
- Qurban Qurbanov: “Bu adı qoruyub saxlamaq çox vacibdir”
- Qara Qarayev: “Ayrılmaq bizim üçün heç də asan deyil” - MÜSAHİBƏ
- Mask "Mançester Yunayted"i almağa hazırlaşır
- “Qarabağ” qalib gəldi, "Neftçi" bürüncü rəsmiləşdirdi - YENİLƏNİB
0
0