Təmsilçimiz Kiyevdə nakautla qələbə qazanıb
30.03.2025 - 10:24
Ukraynanın paytaxtı Kiyevdə qarışıq döyüş növləri üzrə "World Warriors Fighting Championship 24" turniri keçirilib.
Apasport.az xəbər verir ki, əsas döyüş 61,2 kq çəki dərəcəsində Azərbaycan təmsilçisi Ruslan Məmmədov və ukraynalı Dmitri Orlov arasında olub.
32 yaşlı azərbaycanlı döyüşçü elə ilk raundda qələbəni təmin edib. Məmmədov rəqibini yerə yıxaraq zərbələr endirməyə başlayıb, sonra da boğma fəndi işlədib. Orlov əlini yerə vurmaq məcburiyyətində qalaraq döyüşü davam etdirməkdən imtina edib.
- Güləş üzrə ölkə çempionatında ikinci günün finalçıları müəyyənləşib
- Samir Musayev: “Bu, onun səviyyəsinin göstəricisidir” - MÜSAHİBƏ
- Futbolda dəyişiklik - Qapıçı topu 8 saniyədən çox saxlasa...
- PSV "Barselona"nın müdafiəçisini tam transfer EDƏCƏK
- III MDB Oyunlarının yeddinci günü: 8 idman növü üzrə yarışlar keçiriləcək
0
0