Şahmat üzrə yeni dünya çempionu bəlli oldu
30.04.2023 - 19:59
Şahmat tacı uğrunda keçirilən görüşün yeni qalibi bəlli olub.
Apasport.az xəbər verir ki, çinli Din Liren rusiyalı Yan Nepomnyaşşiyə qalib gəlməklə yeni dünya çempionu adına yiyələnib.
Qazaxıstanın paytaxtı Astanada keçirilən görüşdə klassik şahmatda qalib müəyyənləşməyib – 7:7. Sürətli şahmat üzrə 4-cü oyunda isə Yan Nepomnyaşşiyə təslim olub.
Bununla da 30 yaşlı Din Liren şahmat tarixində 17-ci dünya çempionu olub. Bunadək dünya çempionu norveçli Maqnus Karlsen olsa da, o, rusiyalı şahmatçı ilə şahmat tacını müdafiə etməkdən imtina edib.
- Ten Haq Mançesteri tərk edib
- Ukrayna klubundan "Neftçi"yə: Vernidubdan transfer həmləsi
- Mourinyo “Qarabağ”ın mümkün rəqiblərinə ad qoydu - “Köpək balıqları”
- 12 yaşadək basketbolçulardan ibarət millimiz Kutaisidə beynəlxalq turnirə iki qələbə ilə başlayıb
- Nazim Məmmədzadə: "Santuşun məni milliyə çağırması real görünmür" - Müsahibə
0
0