Ukraynalı idmançı diskvalifikasiya olunub
09.10.2024 - 19:31
Ukraynalı biatlonçu Vika Semerenko diskvalifikasiya olunub.
Apasport.az xəbər verir ki, o, yarışlardan 1 illik kənarlaşdırılıb.
Bu barədə Ukrayna Milli Antidopinq Mərkəzi məlumat yayıb. 38 yaşlı idmançı bir il ərzində 3 dopinq-testdən keçmədiyi üçün cəzaya məruz qalıb.
Onun diskvalifikasiya müddəti 2024-cü ilin martından hesablanacaq.
Qeyd edək ki, Semerenko Soçi-2014 Qış Olimpiadasının qızıl medalçısıdır.
- Azərbaycan millisinin baş məşqçisi açıqlandı - Rəsmi
- Qara Qarayev: “İspaniyanın uğur qazanmasını istəyirəm”
- Xuliqanlıqda ittiham olunan MMA idmançılarına hökm oxunub
- "Qarabağ"ın potensial rəqiblərinin matçında minimalhesablı qələbə
- Niderland çempionu: “Ayaks”la "Qarabağ" yerinə "Qəbələ" oynasaydı, matçı izləyərdim"
0
0