Azərbaycanı Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunda təmsil edəcək qrup hərəkətləri komandasının heyəti və fərdi gimnastların adları açıqlanıb.
Apasport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qrup komandasının heyəti 6 nəfərdən ibarətdir.
Bunlar Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadır. Fərdi yarışda isə ölkəmizi iki gimnast - Zöhrə Ağamirova və Kamilla Seyidzadə təmsil edəcək.
Qeyd edək ki, bədii gimnastika üzrə Avropa Kuboku mayın 3-5-də Milli Gimnastika Arenasında baş tutacaq.
- "Aston Villa" "Borussiya" ilə anlaşıb
- İdmançımız Sofiyada ikinci yer tutdu
- "Neftçi"nin yarımmüdafiəçisi XXI əsrdə bunu bacaran 10-cu futbolçu oldu
- Sumqayıt, Masazır, indi də bura - Milli komanda Macarıstana qarşı
- Nadir Nəbiyev: "Runi Eva ilə razılıq əldə edə bilməsək, digər futbolçulara baxacağıq" - MÜSAHİBƏ