İdman gimnastikası üzrə hakimimiz 1-ci kateqoriyaya layiq görülüb
13.12.2024 - 09:53
![İdman gimnastikası üzrə hakimimiz 1-ci kateqoriyaya layiq görülüb](https://ww3.apasport.az/storage/news/2024/december/13/big/675bcb2a15022675bcb2a150231734069034675bcb2a15020675bcb2a15021.webp)
Azərbaycanın qadın idman gimnastikası üzrə hakimləri Anjella Abdullayeva 1-ci, Kristina Pravdina 2-ci kateqoriyaya layiq görülüblər.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Onlar İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası tərəfindən keçirilən 2025-2028-ci illər olimpiya dövrünü əhatə edən qitələrarası hakimlik kurslarında yüksək nəticə göstəriblər.
0
0