
Azərbaycan gimnastı Zöhrə Ağamirova karyerasında ikinci Olimpiadadan gözləntilərini açıqlayıb.
Apasport.az xəbər verir ki, o, gimnastika geyimləri və əşyalarının istehsalı üzrə ixtisaslaşan İtaliyanın “Venturelli” brendinin suallarını cavablandırıb.
- Olimpiadaya hazırladığınız hərəkətlərin unikal texnikasını bölüşə bilərsizmi?
- İndi biz kompozisiyaların düzgünlüyünə və keyfiyyətinə diqqət yetiririk. Çalışıram ki, Parisdə pik formama çatım və öz maksimumu nümayiş etdirim.
- Yarışlar zamanı üzərinizdəki təzyiqin öhdəsindən necə gəlirsiz?
- Təzyiqin olması normal haldır. Saatlarla ona görə məşq edirik ki, ən yaxşı çıxışlarımızı nümayiş etdirək və proqramı inamla tamamlayaq. Olimpiadadan zövq almaq, uzun müddətdir üzərində çalışdığım kompozisiyaları göstərmək istəyirəm.
- Təkcə yarışı deyil, həm də Olimpiya kəndində yaşamağı nəzərə alsaq, Paris-2024-dən nə gözləyirsiz?
- Bütün idmançıları Olimpiya kəndində görəcəyimi gözləyirəm. Bu, unikal təcrübədir, digər növlərin nümayəndələri ilə ünsiyyət qurmaq imkanıdır. Bu, mənim üçün ikinci Olimpiadadır və onun ab-havasına qərq olmaq istəyirəm.
- Ramos karyerasını Ərəbistanda davam etdirəcək
- Xristov: “Sabah" nə qədər güclü olsa belə "Qarabağ"dan çempionluğu ala bilməyəcək” - MÜSAHİBƏ
- AMADA-nın təşkilatçılığı ilə Bakıda beynəlxalq konfrans keçirilib
- Bakıda keçirilən Avropa Kubokunun növbəti mükafatçıları müəyyənləşib
- İdmançımız İtaliyada 2-ci oldu