Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın 5 sərbəst güləşçisi mübarizəyə qoşulacaq.
Ceyhun Allahverdiyev (61 kq), Ağanəzər Novruzov (74 kq), Vasif Xudiyev (86 kq), Ali Tsokayev (92 kq) və Yusif Dursunov (125 kq) gücünü sınayacaq. Vasif Bağırov (57 kq) və Səbuhi Əmiraslanov (79 kq) qızıl medal görüşünə çıxacaq, Musa Ağayev (65 kq) və Zəfər Əliyev (97 kq) bürünc mükafat uğrunda yarışacaq, Ramik Heybətov (70 kq) isə təsəlliverici raundda mübarizə aparacaq.
Qeyd edək ki, qitə birinciliyi martın 15-də yekunlaşacaq.
- Kurban Berdıyev: “Azərbaycandakı uğurum karyeramda xüsusi yer tutur”
- “Qarabağ”a qol vuran futbolçu “Mançester Siti” və “Çelsi”nin hədəfində
- Azərbaycan sərbəst güləşdə Avropa çempionu oldu
- Azərbaycan idmanında ilin ən yaxşıları müəyyənləşib - YENİLƏNİB
- Yığmalarımızdan biri gerilədi, biri “qış yuxusu”nda - REYTİNQ