Güləşçimiz ikinci dəfə dünya çempionu olub
21.08.2024 - 20:04
![Güləşçimiz ikinci dəfə dünya çempionu olub](https://ww3.apasport.az/storage/news/2024/august/21/big/66c60e895445066c60e8954451172425588166c60e895444e66c60e895444f.jpg)
Ammanda keçirilən güləş üzrə U-17 Dünya Çempionatı davam edir.
Apasport.az xəbər verir ki, 51 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Turan Daşdəmirov bu gün final görüşünə çıxıb.
Onun rəqibi qırğızıstanlı Kutman Kalbayev olub. 5:3 hesabı ilə qalib gələn güləşçimiz dünya çempionu tituluna yiyələnib.
Qeyd edək ki, bu, Turan Daşdəmirovun ikinci dünya çempionluğudur.
0
0