Həsrət Cəfərov Paris Olimpiadasında iştirak edəcək ən gənc güləşçilər sırasındadır
15.07.2024 - 17:57
![Həsrət Cəfərov Paris Olimpiadasında iştirak edəcək ən gənc güləşçilər sırasındadır](https://ww3.apasport.az/storage/news/2024/july/15/big/669527605063c669527605063d1721050976669527605063a669527605063b.jpg)
Dünya Güləş Birliyi (UWW) “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edəcək ən gənc güləşçilərin adlarını açıqlayıb.
Apasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 15 idmançının yer aldığı siyahıda Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) da var. 21 yaşlı pəhləvan 13-cü pillədə qərarlaşıb. Siyahıya Şimali Koreyadan olan qadın güləşçi Sol Qum Pak (18 yaş) başçılıq edir.
Qeyd edək ki, Azərbaycan güləşçiləri Paris Olimpiadasına ümumilikdə 12 lisenziya qazanıblar.
0
0