İki güləş hakimimiz beynəlxalq kateqoriyaya sahib çıxıb
06.05.2024 - 16:44
![İki güləş hakimimiz beynəlxalq kateqoriyaya sahib çıxıb](https://ww3.apasport.az/storage/news/2024/may/06/big/6638d06fe2db56638d06fe2db617149994076638d06fe2db36638d06fe2db4.png)
Azərbaycan güləş hakimliyi növbəti uğura imza atıb.
Rumıniyada keçirilən imtahanların yekunlarına əsasən, 2 milli dərəcəli hakimimiz beynəlxalq kateqoriyaya sahib çıxıb.
Samil Fəttayev və Elxan Həmidzadə III dərəcəli beynəlxalq hakim statusuna yiyələnib. Bununla da beynəlxalq kateqoriyalı hakimlərimizin sayı 25-ə çatıb.
Qeyd edək ki, I-S dərəcəli 2, I dərəcəli 10, II dərəcəli 6, III dərəcəli 7 güləş hakimimiz var.
0
0