Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb.
Apasport.az xəbər verir ki, sərbəst güləşçilərin mübarizəsində Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) yarışın bürünc mükafatına sahib çıxıblar.
Cəfərli üçüncü yer uğrunda görüşdə italiyalı Qabriele Nikkoliniyə tam üstünlüklə (10:0) qalib gəlib. Karsanov rusiyalı Andrey Bestayevi 8:1 hesabıyla üstələyib.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) bürünc, qadın güləşçilərdən Günay Qurbanova (59 kq) gümüş medal qazanıb.
- “Aston Villa”nın futbolçusu Premyer Liqada klubunu dəyişəcək
- Ağırlıqqaldırma Federasiyasının prezidenti: “İrəvanda Azərbaycan bayrağına qarşı edilmiş hərəkət bizi çox məyus etdi”
- “Əl-Nəsr” darmadağınla qalib gəldi, Ronaldudan HET-TRİK
- “Kəpəz”dən yeni sponsorluq müqaviləsi
- Benzema "Real"ın bazasında tibbi müayinədən keçəcək