Rafiq Hüseynov Paris-2024-ə vəsiqə qazanıb
09.05.2024 - 21:00
Rafiq Hüseynov Paris-2024-ə lisenziya qazanıb.
Apasport.az xəbər verir ki, ikiqat dünya çempionumuz bu uğura İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində imza atıb.
Qardaş ölkədə ardıcıl olaraq İlyas Paqkalidisə (Yunanıstan) 3:1, Kumar Sunilə (Hindistan) 4:3 və Aleks Kessidisə (İsveç) 2:1 hesabı ilə qalib gələn yunan-Roma güləşçimiz yarımfinalda Laşa Qobadze (Gürcüstan) ilə qarşılaşıb. 87 kq çəkidə çıxış edən Hüseynov həlledici qarşılaşmanı da aktivinə yazıb. O, rəqibini 4:1 hesabı ilə məğlub edib. Bu qələbə Rafiqə olimpiya lisenziyası qazandırıb.
- Tamblinq millimiz beynəlxalq turnirdə birinci yeri tutub
- “Neftçi”nin rəsmi mağazasının açılış mərasimi baş tutub - FOTO
- ASİNF "Prezident Kuboku 2026" öncəsi Ağdərə sakinləri ilə görüş keçirib
- Hakimi təhqir edən klub rəsmisi 5 oyunluq cəzalandırılıb
- Təmsilçimiz İsveçdə keçiriləcək beynəlxalq yarışda iştirak edəcək
0
0