Sərbəst güləşçilərin ölkə birinciliyinə yekun vurulub
04.03.2025 - 18:54
Sərbəst və yunan-Roma güləşi üzrə U-15 ölkə birinciliyi davam edir.
Apasport.az xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən yarışın ikinci günündə sərbəst güləş üzrə 41, 48, 57, 68 və 85 kq-da qaliblər müəyyənləşib.
Hüseyn Rzazadə (41 kq), Tunar Sultanzadə (48 kq), Muraz Hüseynov (57 kq), Xəyal Şükürlü (68 kq) və Elgün Kərimov (85 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bununla da birincilikdə sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.
Qeyd edək ki, sabah yunan-Roma güləşi üzrə yarışa start veriləcək.
- “Yuventus”un gözü “Valensiya”nın qapısında
- "Sumqayıt"ın baş məşqçisi: "Hədəfimiz ilk pilləni tutub "A" Liqasına yüksəlməkdir"
- III MDB Oyunları ilə əlaqədar olaraq Gəncə “MDB-nin idman paytaxtı” seçilib
- "Arsenal" yeni mövsüm üçün formalarını təqdim edib
- "Mançester Yunayted" Eriksenin yerinə futbolçu tapdı
0
0