Azərbaycanın qız güləşçilərdən ibarət millisi beynəlxalq turnirdə iştirak edəcək.
Apasport.az xəbər verir ki, yığmamız Türkiyənin Antalya şəhərində təşkil olunacaq Zəfər kubokuna qatılacaq.
Sabah start götürəcək ənənəvi yarışda U-17 yaş qrupu üzrə güləşçilər mübarizə aparacaqlar. Üç gün davam edəcək turnirdə böyük məşqçilər Rövşən Umudovla Həsrət Məmmədyarovun rəhbərliyi altında 9 güləşçi uğur qazanmağa çalışacaq.
Günel Quliyeva 40 kq, Nəzrin Əhmədli 46 kq, Xədicə Qurbanzadə 49 kq, Fatimə Bayramova və Xədicəxanım Talıbova 53 kq, Ülviyyə Musayeva 57 kq, Esra Məmmədli 61 kq, Fidan Babayeva 65 kq, Milana Bağırzadə 69 kq çəkidə mükafatlar üçün mübarizə aparacaq.
Qeyd edək ki. Zəfər kubokunda Azərbaycanı III dərəcəli beynəlxalq hakim Elxan Həmidzadə təmsil edəcək.
- Cavid Hüseynov: "Liqalar arasındakı fərq həqiqətən də böyükdür" - MÜSAHİBƏ
- Paolo Maldini: "Heç vaxt başqa İtaliya klubu olmayacaq"
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Osimhenlə komanda yoldaşı olmuş “Kəpəz”in forvardı: “Nəyin necə olacağını heç vaxt bilmək olmur” - Müsahibə
- “Real” Kurtuanın vəliəhdini tapdı