Azərbaycanın yunan-Roma güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında 1 gümüş və 2 bürünc medal qazanıblar.
Apasport.az xəbər verir ki, Ziya Babaşov (63 kq) finalda moldovalı Vitali Yeriomenkoyla qarşılaşıb və 1:3 hesabıyla məğlub olub.
Beləliklə, Babaşov qitə birinciliyini gümüş medalla başa vurub.
Elmir Əliyev (55 kq) bürünc medal uğrunda görüşdə çexiyalı Filip Bartoşikə heç bir şans tanımayıb (8:0) və fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Xasay Həsənli (77 kq) gündüz seansında təsəlliverici görüşə çıxıb. Güləşçimiz bolqarıstanlı Albert Doyevi 7:3 hesabıyla üstələyib. Həsənli axşam seansında isə Mixal Zelenkaya tam üstünlüklə (9:1) qalib gələrək bürünc medala sahib çıxıb.
- “Kəpəz” gürcü futbolçu ilə anlaşıb - RƏSMİ
- "Qarabağ" qış fasiləsinə lider yollandı - YENİLƏNİB
- "Mançester Yunayted" "Kristal Palas"ın futbolçusu ilə maraqlanır
- "Barselona"nın təxirə salınmış matçının tarixi bəlli oldu
- Premyer Liqada debüt, “Qarabağ”ın yeni transferi ilə dostluq və Tovuz azarkeşi - MÜSAHİBƏ