İsgəndər Əsgərov Türkiyə - Norveç oyununa təyinat alıb
12.05.2026 - 17:56
Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov Türkiyə - Norveç oyununa təyinat alıb.
Apasport.az xəbər verir ki, bu barədə AHF-nin mətbuat xidməti məlumat yayıb.
Təcrübəli mütəxəssis kişilər arasında DÇ-2027-nin Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində keçiriləcək görüşdə Avropa Həndbol Federasiyasının nümayəndəsi qismində fəaliyyət göstərəcək.
Türkiyə - Norveç oyunu mayın 16-da, Ankaranın "THF İdman Kompleksi"ndə keçiriləcək. Qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcəklər.
- Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
- Aydın Süleymanlı: "Məqsədim Xankəndində qaliblər sırasında yer almaqdır"
- "Baku Fire" iki braziliyalı futzalçı ilə anlaşıb
- “Zirə”nin futbolçusu Nigeriya millisi ilə görüşdə meydana çıxıb
- "Bavariya" ardıcıl 4-cü matçda da qələbə qazana bilmədi
0
0