"Kür" "Qarabağ"ı məğlub edib
13.01.2025 - 13:49
!["Kür" "Qarabağ"ı məğlub edib](https://ww3.apasport.az/storage/news/2025/january/13/big/6784dd98b1b936784dd98b1b9417367607286784dd98b1b756784dd98b1b92.jpg)
Qadın həndbolçular arasında Azərbaycan çempionatının X turunda "Kür" komandası "Qarabağ"ı məğlub edib.
Apasport.az xəbər verir ki, “Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən final mərhələsinin ilk turunun mərkəzi qarşılaşmasında meydan sahibləri 26:24 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, görüşü beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişiyevlə Vaqif Əliyev idarə ediblər.
0
0