Qadın güləşinin əfsanəsi Mariya Stadnik növbəti Olimpiya medalı üçün Fransanın paytaxtına yollanıb. 5-ci dəfə Olimpiya Oyunlarında iştirak etməklə qadın güləşində və Azərbaycan idman tarixində rekorda imza atan güləşçimiz medal qazanmaq ənənəsini davam etdirməyə çalışacaq.
Apasport.az Mariya Stadnikin Olimpiya Oyunlarında qazandığı uğurları təqdim edir:
Güləşçimiz 2008-ci ildə Pekində bürünc, 2012-ci ildə Londonda gümüş, 2016-cı ildə Rioda gümüş, 2021-ci ildə Tokioda bürünc medal qazanıb.
Qeyd edək ki, Mariya Stadnik Yay Olimpiya Oyunlarında 50 kq çəki dərəcəsində mübarizə aparacaq.
- Elxan Abdullayev: “Matçın əvvəlində bir neçə səhvə yol verdik”
- A Seriyası : “Cenoa” doğma meydanda qələbə qazandı
- “Azərbaycana qayıtmalı olsam, prioritetim “Neftçi”dir” – Müsahibə
- Türkiyə millisində baş məşqçi ilə bağlı QƏRAR
- Rəşad Sadıqov: “Mükafatçılar sırasına düşmək də istəsəm də, bunu demirdim”