Avarçəkənimiz “Prezident Kuboku 2024”-də qızıl medal qazanıb
02.05.2024 - 14:31
![Avarçəkənimiz “Prezident Kuboku 2024”-də qızıl medal qazanıb](https://ww3.apasport.az/storage/news/2024/may/02/big/66336b8c1c2e966336b8c1c2ea171464590066336b8c1c2e766336b8c1c2e8.jpg)
Azərbaycan avarçəkəni Əlimurad Hacızadə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb.
Apasport.az xəbər verir ki, idmançı bir nəfərlik kayakla 500 metr məsafəyə yarışda bütün rəqiblərini üstələyib. O, 2008-2009-cü il təvəllüdlü atletlərin mübarizəsində fərqlənib.
Qeyd edək ki, turnir mayın 3-də başa çatacaq. Reqatanın ilk günündə Suqovuşanda kayakda 200 metr məsafədə digər təmsilçimiz Amil Ramazanov (2006-2007-ci il) 3-cü olub.
0
0