İki avarçəkənimiz dünya çempionatında mübarizə aparacaq
18.08.2026 - 11:20
Azərbaycanın iki avarçəkəni akademik avarçəkmə üzrə dünya çempionatında iştirak edəcək.
Apasport.az xəbər verir ki, yarış avqustun 24-dən 30-dək Niderlandın paytaxtı Amsterdamda keçiriləcək.
60-dan çox ölkədən idmançıların qatılacağı mundialda Azərbaycan Su İdman Növləri Federasiyasını Ziya Məmmədzadə və Nurlan Paşayev təmsil edəcəklər.
İdmançılar ikinəfərlik qayıqlarda yüngül çəki dərəcəsində mübarizə aparacaqlar.
Qeyd edək ki, Azərbaycan millisinin baş məşqçisi Volodimir Morozovdur.
0
0