Akademik avarçəkmə üzrə ikiqat Olimpiya çempionu Olaf Tufte vəfat edib.
Apasport.az xəbər verir ki, norveçli idmançı 50 yaşında dünyasını dəyişib.
Məlumata görə, Tufte iyulun 20-də öz evində huşsuz vəziyyətdə tapılıb. Hadisə yerinə gələn həkimlər onu tibbi helikopterlə Oslo xəstəxanasına çatdırsalar da, idmançının həyatını xilas etmək mümkün olmayıb.
Olaf Tufte akademik avarçəkmənin təkatlı qayıq növündə 2004-cü il Afina və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qızıl medalını qazanıb. O, həmçinin dünya çempionatlarının ikiqat qalibi olub.
Qeyd edək ki, Tufte 1996-cı ildə Atlantadan başlayaraq 2020-ci il Tokio Olimpiadasınadək ardıcıl yeddi Yay Olimpiya Oyununda iştirak edən ilk norveçli idmançı kimi tarixə düşüb. O, son Olimpiya yarışına 45 yaşında çıxmışdı.
- İsveç millisinin üzvü “Beşiktaş” yolunda
- Azərbaycan Ağırlıqqaldırma Federasiyası daha iki məktəbi avadanlıqla təmin edib
- "Sabah" - "Neftçi" matçının biletləri satışa çıxarılıb
- Bakıda keçirilən Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib
- Elvin Məmmədov: “Davam etmək istəyirəm, özümdə güc hiss edirəm” - MÜSAHİBƏ