Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar
14.12.2025 - 16:36
Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar

Azərbaycan karateçiləri Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Dünya Kyokuşin Federasiyasının (KWF) təşkilatçılığı ilə keçirilən dünya çempionatında müxtəlif yaş və çəki dərəcələrində 5 medal qazanıblar.

Apasport.az Azərbaycan Karate Federasiyasına (AKF) istinadən xəbər verir ki, Cavid Kazımlı (16-17 yaş, +80 kq) və Selcan Babayeva (+60 kq) qızıl medal əldə edib.

Rəhman Yusubov (14-15 yaş, 75 kq) gümüş, Vaqif Bəndəliyev (16-17 yaş, 70 kq) və Toğrul Orucov (12-13 yaş, 60 kq) isə bürünc medala sahib olublar.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan 16 idmançı, 2 hakim, 1 baş məşqçi və 1 ölkə nümayəndəsi olmaqla, ümumilikdə 20 nəfərlik heyətlə iştirak edib. Karateçilər həm fərdi həm də komanda yarışlarında qüvvələrini sınayıblar.

Milliyə AKF-nin baş katibi Qabil Sayadov və KWF-in nümayəndəsi Rza Mustafayev rəhbərlik ediblər.