"Arsenal" "Everton"dan qisasını 4 qat aldı
02.03.2023 - 02:10
!["Arsenal" "Everton"dan qisasını 4 qat aldı](https://ww3.apasport.az/storage/news/2023/march/02/big/63ffd169cf3e163ffd169cf3e2167770967363ffd169cf3df63ffd169cf3e0.jpg)
İngiltərə Premyer Liqasında VII turdan təxirə salınmış 2 matç keçirilib.
Apasport.az xəbər verir ki, təxminən 1 ay əvvəl (4 fevral) "Everton"a Liverpulda 0:1 uduzmuş "Arsenal" bu dəfə bu rəqibini Londonda qəbul edib. Görüş Mikel Artetanın yetirmələrinin 4:0 darmadağını ilə nəticələnib.
"Liverpul" isə "Vulverhempton"u 2:0 məğlub edib.
Bu nəticələrdən sonra "Arsenal" xalını 60-a yüksəldərək yenidən ən yaxın izləyicisi "Mançester Siti"ni 5 xal qabaqlayıb. Premyer Liqada ardıcıl 4 matçdır ki, məğlubedilməz olan "Liverpul" isə 6-cı yerə qalxıb. Mersisayd təmsilçisinin 39 xalı var.
0
0