“Everton” İngiltərə Premyer Liqasında yerimi qoruyub.
Apasport.az saytının məlumatına görə, Liverpul təmsilçisi XXXIII turundan təxirə salınan matçda “Kristal Pelas”ı 3:2 hesabı ilə məğlub edib.
Bununla da “Everton” sona bir tur qalmış Çempionşipə düşməyəcəyini rəsmiləşdirib. Mersisaydlılar 37 oyundan sonra xal hesabımı 39-a çatdırıb.
16-cı sırada qərarlaşan komanda turnir cədvəlindəki qonşularından 4 xal öndədir. Aşağı dəstəyə yuvarlanacaq üçüncü komanda “Lids” və ya “Bernli” olacaq. Hər iki klubun aktivində 35 xal var.
Qeyd edək ki, “Uotford”la “Norviç”in Çempionşipə yuvarlanması öncədən rəsmiləşib.
- Rövnəq Abdullayev Ağsu şəhər stadionuna baxış keçirib
- İsveçin baş məşqçisi: "Onlar qələbəyə layiq idi, mən isə məyusam"
- İkardi "Qalatasaray" tarixinə düşdü: REKORDUN SAHİBİ
- "Zirə"də Müşahidə Şurası yaradıldı - Məmmədov sədr seçildi
- İran FIFA ilə Dünya Kuboku matçlarını ABŞ-dan Meksikaya keçirmək üçün danışıqlar aparır