“Fənərbaxça” turu 1 xalla başa vurub
14.09.2026 - 22:50
Türkiyə Super Liqasında V tura yekun vurulub.
Apasport.az xəbər verir ki, son oyun günündə 1 qarşılaşma baş tutub.
"Fənərbaxça" səfərdə "Qaziantep"lə üz-üzə gəlib.
Gərgin keçən görüşdə qol səsi çıxmayıb. Oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, bu nəticə ilə xallarının sayını 8-ə çatdıran "Qaziantep" 7-ci pillədə qərarlaşıb. Aktivində 7 xalı olan "Fənərbaxça" isə 11-ci sıradadır.
0
0