İngiltərə Premyer Liqasında VII turun oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, turun ilk matçları baş tutub.
“Everton” doğma meydanda “Çelsi”ni qəbul edib. Qonaqlar rəqibini iki cavabsız qolla məğlub ediblər – 2:0.
Günün digər qarşılaşmasında “Mançester Siti” öz meydanında “İpsviç”lə üz-üzə gəlib. Beş qolun vurulduğu matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Acun Ilıcalının sahibi olduğu “Hall Siti” isə səfərdə “Fulhem”ə minimal hesabla uduzub – 0:1.
“Liverpul” da “Brentford”la görüşdə əzmkar qələbə qazanıb. Hesabda 0:1 geridə olan mersisaydlılar matçın sonunda 2:1 hesabı ilə qalib gəliblər.