Premyer Liqa: “Siti” “Southempton”la bacarmadı
10.05.2025 - 20:57
Premyer Liqa: “Siti” “Southempton”la bacarmadı

İngiltərə Premyer Liqasında XXXVI tura start verilib.

Apasport.az xəbər verir ki, "Mançester Siti" xal itkisi ilə üzləşib.

"Şəhərlilər" səfərdə autsayder "Southempton"un müqavimətini qıra bilməyiblər. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Turun digər oyununda isə "Everton" səfərdə "Fulhem"i 3:1 hesabı ilə məğlub edib.

İngiltərə Premyer Liqası
XXXVI tur

18:00. "Fulhem" – "Everton" - 1:3
18:00. "İpsviç" – "Brentford" - 0:1
18:00. "Southempton" – "Mançester Siti" - 0:0
18:00. "Vulverhempton" – "Brayton" - 0:2