Xviça qol vurdu, "Napoli" yenə qələbə qazandı
18.02.2023 - 01:49
İtaliya çempionatının XXIII turunun açılış matçında lider "Napoli" qələbə qazanıb.
Apasport.az xəbər verir ki, Neapol təmsilçisi səfərdə "Sassuolo"nun qonağı olub.
Görüş "Napoli"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə ilk qolu milli komandamızın sabiq futbolçusu Badri Kvaratsxelianın oğlu Xviça vurub. Bununla da gürcü futbolçu Seriya A-da 19 oyuna 10-cu qolunu vurmuş olub. Bundan başqa, onun aktivində 9 məhsuldar ötürmə var.
Qeyd edək ki, bu qələbədən sonra "Napoli" xallarının sayını 62-yə çatdırıb və liderliyini bir qədər də möhkəmlədib.
- “Zirə” “Araz”la bacarmadı - YENİLƏNİB
- "Qarabağ" "Flamenqo"nun təklifini rədd etdi - Juninyo transferində son dəqiqə
- Elgiz Abbasov: "Premyer Liqada AVRO-2024-dəki toplardan istifadə olunacaq"
- Avropa çempionatında yunan-Roma güləşi üzrə yarış yekunlaşdı
- "İnter" "Mançester Yunayted"in müdafiəçisi ilə maraqlanır
0
0