“Yuventus”dan inamlı qələbə
20.04.2026 - 00:46
“Yuventus”dan inamlı qələbə

İtaliya A Seriyasında XXXIII tur davam edir.

Apasport.az xəbər verir ki, "Yuventus" turu itkisiz başa vurub.

Komanda "Bolonya"nı qəbul edib. Oyunda hesab erkən açılıb. Conatan Devid fərqlənib.

İkinci yarıda turinlilər daha bir qol vurub. Kefrem Türam adın tabloya yazdırıb - 2:0.

Qeyd edək ki, "Yuventus" 63 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.