Azərbaycanın Macarıstandakı səfiri millimizin üzvləri ilə görüşüb
19.09.2024 - 14:57
![Azərbaycanın Macarıstandakı səfiri millimizin üzvləri ilə görüşüb](https://ww3.apasport.az/storage/news/2024/september/19/big/66ebfc9463bd966ebfc9463bda172674165266ebfc9463bd766ebfc9463bd8.jpeg)
Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edən milli üzvləriylə görüşüb.
Apasport.az xəbər verir ki, səfirlikdə baş tutan görüşdə federasiyanın prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov, vitse-prezidenti Faiq Həsənov, baş katibi İlahə Qədimova, eləcə də yığmanın məşqçi heyəti iştirak edib.
Səfir ölkəmizi beynəlxalq yarışlarda təmsil edən Azərbaycan şahmatçılarına uğurlar arzulayıb.
0
0