Dünya kubokunun püşkatma mərasimi keçirilib
24.06.2025 - 16:24
Dünya kubokunun püşkatma mərasimi keçirilib

Gürcüstanın Batumi şəhərində keçiriləcək qadınlar arasında şahmat üzrə Dünya kubokunun püşkatması olub.

Apasport.az xəbər verir ki, yarışda Azərbaycanı 4 şahmatçı təmsil edəcək.

Onların ilk mərhələdəki rəqibləri bəlli olub: Gövhər Beydullayeva Anahita Zahedifar (İran), Ülviyyə Fətəliyeva Jilinq Janq (Avstraliya), Xanım Balacayeva Elnaz Kaliaxmet (Qazaxıstan), Gülnar Məmmədova isə Yunşan Li (Çin) ilə qarşılaşacaq.

İyulun 5-dən 29-dək nokaut sistemi üzrə keçiriləcək Dünya kubokunda üç ən yaxşı şahmatçı İddiaçılar Turnirinə vəsiqə qazanacaq.