Vüsalə Kazımova FIVB Tibb Komissiyasına üzv seçilib
25.11.2024 - 16:49
![Vüsalə Kazımova FIVB Tibb Komissiyasına üzv seçilib](https://ww3.apasport.az/storage/news/2024/november/25/big/67446d8fc0f0e67446d8fc0f0f173253774367446d8fc0f0c67446d8fc0f0d.jpg)
Beynəlxalq Voleybol Federasiyasının (FIVB) İdarə heyətinin ilk iclası keçirilib.
Apasport.az xəbər verir ki, iclasda FIVB komissiyalarının 2024-2028-ci illər üzrə tərkibi müəyyənləşib.
Azərbaycan Voleybol Federasiyasının həkimi Vüsalə Kazımova FIVB Tibb Komissiyasına üzv seçilib.
Qeyd edək ki, V. Kazımova həmçinin Avropa Voleybol Konfederasiyasının da Tibb Komissiyasının üzvüdür.
0
0