Beynəlxalq Şahmat Federasiyası (FIDE) oktyabr ayı üçün yenilənmiş reytinq cədvəlini açıqlayıb.
Apasport.az xəbər verir ki, cədvəldə Azərbaycan şahmatçılarının mövqeləri də əks olunub.
Şəhriyar Məmmədyarov (2733) bir pillə geriləyərək 18-ci sıraya düşüb, Teymur Rəcəbov (2700) isə 31-ci pillədəki mövqeyini qoruyub. Rauf Məmmədov (2643) 10 pillə irəliləyərək 90-cı yerə yüksəlib, Aydın Süleymanlı (2637) isə ilk dəfə olaraq 100-cü pilləyə daxil olub və dünyanın ən yaxşı qrossmeysterləri siyahısına daxil edilib.
Reytinq cədvəlinin lideri norveçli Maqnus Karlsen (2831) olaraq qalır, onu ABŞ təmsilçisi Hikaru Nakamura (2802) və hindistanlı Arjun Eriqaisi (2797) izləyir.
Azərbaycan qadın şahmatçıları arasında Günay Məmmədzadə (2426) 34-cü sırada, Gövhər Beydullayeva (2402) 45-ci, Ülviyyə Fətəliyeva (2383) 67-ci və Xanım Balacayeva (2362) isə 83-cü sırada yer alıblar. Beydullayeva 8 pillə, Fətəliyeva isə 1 pillə irəliləyiblər.
Qadınlar arasında reytinqin ilk üçlüyündə isə çinli şahmatçılar - Yifan Hou (2632), Yu Venyun (2559) və Ley Tinqji (2548) yer alıb.
- III MDB Oyunlarının rəsmi bağlanış günündə Gəncənin bəzi yollarında məhdudiyyətlər tətbiq olunacaq
- Sabiq kapitan rəhbər olacaq
- Stolüstü tennisçilərimiz növbəti təlim-məşq toplanışında
- Ağasəlim Mircavadov: “Qarabağ”ın məğlubiyyəti mənim üçün gözlənilməz olmadı” - MÜSAHİBƏ
- DÇ-26: Portuqaliya Konqo DR ilə bacarmadı- YENİLƏNİB