
FİFA daha bir mükafata namizədlərin yekun siyahısını açıqlayıb.
Apasport.az xəbər verir ki, söhbət 2022-ci il dekabrın 19-dan 2023-cü il avqustun 20-dək olan müddət ərzində ən yaxşı kişi futbolçu adına namizədlərdən gedir.
Hazırda siyahıda 3 futbolçunun adı var ki, onlar da Erlinq Haaland (Mançester Siti), Kilian Mbappe (PSJ) və Lionel Messidir (Paris Sen-Jermen, İnter Mayami). Qalib bu gün Londonda keçiriləcək mərasimdə elan ediləcək.
Qeyd edək ki, ilkin olaraq ekspertlər heyəti tərəfindən seçilən 12 oyunçu mükafata namizəd olub. Final üçlüyü FİFA-nın rəsmi saytında səs verən milli komandaların məşqçiləri, milli komandaların kapitanları, futbol jurnalistləri və azarkeşlərdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən müəyyən edilib.
- Güləşçilərimiz “Çempionlar” turnirinin son günündə 2 medal qazanıb
- Azərbaycan idmanında ilk: Şuşa klubu avrokuboklarda oynayacaq - EKSKLÜZİV
- Azərbaycan Premyer Liqasında XXVIII turun təyinatları açıqlanıb
- Luka Modriç daha bir mövsüm "Real"da qalmaq istəyir
- Zamiq Əliyev zədələndi, komandası mübarizəni dayandırdı