Milli komandalarımız Qazaxıstan yığması ilə üz-üzə
17.09.2024 - 12:33
![Milli komandalarımız Qazaxıstan yığması ilə üz-üzə](https://ww3.apasport.az/storage/news/2024/september/17/big/66e93c597206666e93c5972067172656136966e93c597206466e93c5972065.jpg)
45-ci Ümumdünya Şahmat Olimpiadasının VII turunda Azərbaycan millilərinin rəqibləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, VII turda kişilərdən ibarət millimiz Qazaxıstanla qarşılaşacaq.
Şahmatçılarımız 8 xalla 22-ci pillədə qərarlaşıblar.
Qadınlardan ibarət yığmamız da Qazaxıstanla qarşılaşacaqlar. Komanda hazırda 10 xalla 10-cu pillədə yer tutur.
Qeyd edək ki, sentiyabrın 17-si Olimpiadada istirahət günüdür, VII turun oyunları sabah keçiriləcək.
0
0