Rauf Məmmədov ikinci pillədə
21.04.2025 - 00:38

Almaniyanın Karlsrue şəhərində nüfuzlu beynəlxalq “Grenke Chess” şahmat festivalı davam edir.
Apasport.az xəbər verir ki, yeddi turdan sonra Azərbaycan qrossmeysteri Rauf Məmmədov 6 xal toplayıb.
O, turnir cədvəlində 7 xalı olan Maqnus Karlsendən geri qalaraq ikinci yerdə qərarlaşıb.
Həmin festival çərçivəsində keçirilən paralel yarışda Azərbaycanın digər təmsilçisi Məhəmməd Muradlı da inamlı oyun nümayiş etdirir. Onun 6 xalı var və yeddi turdan sonra 3-cü yerdədir.
- Hacıyev: “Belə məğlubiyyətlərdən sonra məşqçilər istefa verib gedirlər, amma...” - MÜSAHİBƏ
- Şahmat üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib
- Avropa kuboku mükafatçısı dünyasını dəyişib
- La Liqa: “Valensiya” və “Osasuna” evdə 3 xala sevinib
- “Qara qartallar” Fil Dişi Sahili yığmasının üzvü ilə vidalaşdı
0
0