![Məşhur futbol veteranı: "O, "İnter"də məni məhv etdi"](https://ww3.apasport.az/storage/news/2023/march/15/big/6410d4749877e6410d4749877f16788245646410d4749877c6410d4749877d.jpg)
“Roy Hocson məni məhv etdi".
Apasport.az xəbər verir ki, bunu Braziliya millisinin sabiq müdafiəçisi Robertu Karlus deyib.
O, ingiltərəli məşqçi Roy Hocsonun "İnter"də olarkən onun karyerasına zərbə vurduğunu bildirib: "O məni yarımmüdafiənin mərkəzində oynadırdı. Belə bir oyunla Braziliya millisinə düşmək şansım olmadı. Buna görə də 1997-ci ildə keçirilən Amerika Kubokunda iştirak etmədim.
Məsələ yola getməməyimizlə bağlı deyil. Onun futboldan xəbəri yox idi. Ona görə də “İnter”in o vaxtkı prezidenti Massimo Moratti ilə danışdım və məni buraxmasını xahiş etdim”.
Qeyd edək ki, 1995/1996 mövsümünün sonunda Robertu Karlus "Real"a keçib.