![Şahmatçımız beynəlxalq turnirin qalibi olub](https://ww3.apasport.az/storage/news/2024/may/23/big/664ef0f97959b664ef0f97959c1716449529664ef0f979599664ef0f97959a.jpg)
Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində təşkil edilən şahmat üzrə beynəlxalq turnirə yekun vurulub.
Azərbaycan Şahmat Federasiyasından apasport.az-a verilən məlumata görə, “Masters” yarışında təmsilçilərimizdən ən yaxşı nəticə Aydın Süleymanlıya məxsus olub. Şahmatçı 9 turda 6 xal toplamaqla turniri 10-cu yerdə başa vurub.
Festivalın “Futures” turnirində birinci yerə Aqşin Əlizadə layiq görülüb. Yekunda 7,5 xal toplayan Azərbaycan təmsilçisi əlavə göstəricilərə görə bütün rəqiblərini qabaqlayıb.
Turnirdə üçüncü yeri aktivində 7 xalı olan digər şahmatçımız Yunis Mahmudzadə tutub.