Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə komandalar arasında Avropa çempionatında V turun görüşləri keçirilib.
Apasport.az xəbər verir ki, kişilərdən ibarət yığmamız Yunanıstan komandası ilə qarşılaşıb.
Bütün partiyalar heç-heçə başa çatıb və matç 2:2 hesabı ilə nəticələnib.
Bu turdan sonra aktivində 7 xalı olan Azərbaycan komandası 5-7-ci yerləri bölüşür.
Qadınlardan ibarət Azərbaycan millisi də Batumidə Yunanıstanla mübarizə aparıb. Görüş bərabərliklə yekunlaşıb 2-2.
Hazırda 6 xalı olan qadınlardan ibarət komanda əlavə göstəricilərə görə 8-ci pillədə qərarlaşıb.
Bu gün Avropa çempionatında VI turun partiyaları oynanılacaq. Hər iki komandamız püşkə əsasən Ermənistan şahmatçılarıyla qarşılaşacaq.
- "Atalanta"lı 7 il sonra İmmobilenin uğurunu təkrarlayıb
- “Union Berlin”də istefa reallaşıb
- Azərbaycan və İordaniya Taekvondo federasiyaları arasında Əməkdaşlıq Memorandumu imzalanıb - VİDEO
- "Araz-Naxçıvan" və "Sabah"ın matçlarının tarixi bəlli oldu
- Krunoslav Renduliç: "Oyunun taleyini daha erkən həll edə bilərdik"